"Müəyyən razılaşmalar əldə olunub" - Putin
“Mübahisələr, problemlər var, amma üzərində işlədiymiz məsələlər də var. Biz öz tərəfimizdən prosesin dinc yolla getməsi üçün hər şeyi edəcəyik. Beləliklə də bu prosesdə iştirak edən bütün tərəflərin razı qalmasına nail olmağa çalışacağıq".
Qarabağ mövzusuna toxunan Rusiya lideri vurğulayıb ki, bu sahədə problemlərin qalmasına baxmayaraq, regionda əhalinin təhlükəsizliyinin təmin etmək üçün müəyyən razılaşmalar əldə olunub.
Prezident İlham Əliyev fevralın 21-də Rusiyaya rəsmi səfərə gedib. Kremldən bildirilib ki, iki ölkə liderləri müttəfiqlik əməkdaşlığı haqqında bəyannamə imzalamağı, iqtisadi və siyasi əməkdaşlıq məsələlərini, İrəvan, Bakı və Moskva arasında Dağlıq Qarabağ üzrə razılaşmaların həyata keçirilməsini müzakirə etməyi planlaşdırırlar.
Pərvanə Sultanova
AzVision.az
Teqlər: İlham-Əliyev Vladimir-Putin







Vaxtında, Aydın, Lazımlı!


