“Müttəfiqlik bəyannaməsi münasibətlərdə yeni mərhələ olacaq" - Putin

   “Müttəfiqlik bəyannaməsi münasibətlərdə yeni mərhələ olacaq" -    Putin
  22 Fevral 2022    Oxunub:2357
“Bu gün Rusiya ilə Azərbaycan arasında Müttəfiqlik haqqında bəyannamə imzalanacaq”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə Rusiya Prezidenti Vladimir Putin deyib.

Putin bu sənədin imzalanmasını Bakı ilə əlaqələrin inkişafında yeni mərhələ kimi qiymətləndirib.

"Bu gün biz Müttəfiqlik haqqında bəyannamə imzalayacağıq, bu, münasibətlərin inkişafında yeni mərhələdir", - Putin bildirib.

Qeyd edilib ki, bəyannamədə 40-a yaxın bənd var və bu, qarşılıqlı fəaliyyətin geniş aspektlərini əhatə edir.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Azərbaycan   Rusiya  



Xəbər lenti