"Kimsə süngü ilə Krımın Rusiyaya birləşdirilməsinə səs verməyib" - Putin

   "Kimsə süngü ilə Krımın Rusiyaya birləşdirilməsinə səs verməyib" -   Putin
  22 Fevral 2022    Oxunub:2418
"Biz gözləyirik ki, "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikasını"n sərhədləri ilə bağlı bütün mübahisəli məsələlər danışıqlarla həll ediləcək. Bu indi mümkün deyil. Amma gələcəkdə uğurlu olacaq".
AzVision.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin mətbuata açıqlamasında deyib. O qeyd edib ki, Rusiya Federasiyası "DXR" və "LXR"ı tanımaqla, bütün vacib sənədləri, o cümlədən bu respublikaların sərhədlərinin göstərildiyi konstitusiyanı tanıyıb.

Rusiya Prezidenti Krım məsələsində də toxunub.

- Heç kim avtomat və süngü altında Krımın Rusiyaya birləşdirilməsinə məcbur edilərək səs verməyib. Qərb bu qərara hörmət etməlidir,-Rusiya lideri deyib.

O, son vaxtlar Ukraynanın nüvə silahına malik olacağı ilə bağlı yayılan söz-söhbətlərə də aydınlıq gətirib. Putin deyib ki, hətta taktiki nüvə silahının Ukraynada peyda olmasının özü belə Rusiya üçün strateji təhlükə sayılacaq.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti