Donetskdə keçmiş "müdafiə naziri"nə qarşı sui-qəsd olub

   Donetskdə keçmiş "müdafiə naziri"nə qarşı sui-qəsd olub
  22 Fevral 2022    Oxunub:1637
Ukraynada terror hadisəsi baş verib. İnsident ölkənin şərqində yerləşən ərazidə-tanınmayan "Donetsk Xalq Respublikası"nda yaşanıb. AzVision.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Qeyd edilir ki, "DXR"in keçmiş nazirini öldürmək istəyiblər.

- Bu gün, fevralın 22-də saat 16:32-də Lazarenko və Çusimskaya küçələrinin kəsişməsi yaxınlığında "DXR"in keçmiş müdafiə naziri Vladimir Kononova qarşı terror aktı törətməyə cəhd edilib. Partlayış zamanı bir mülki vətəndaşın yaralandığı qeyd edilir.
Partlayış faktı ilə bağlı cinayət işi açılıb,-xəbərdə deyilir.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti