Ukrayna şərq vilayətlərinə qoşun yeritdi - VİDEO
Şahidlərin sözlərinə görə, və video materialdan göründüyü kimi, kolonna bir neçə tank , beteer və hərbi maşınlardan ibarətdir. Karvan əsgərlərlə doludur. AzVision.az bu barədə LifeNews-a istinadla xəbər verir.
Kadrlardan görünür ki, insanlar tankların qabağını almaq istəyir, lakin zirehli texnika hərəkət etməyə davam edir.
Yerli sakinlərdən birinin sözlərinə görə, dəmiryol stansiyasının yaxınlığında insanlar texnikanın qarşısını almaq üçün canlı sədd yaradıblar. Lakin milislər onlara mane olub və zirehli texnika Dobropol istiqamətinə doğru irəliləməyə davam edib.
Bəzi mənbələrin məlumatına görə, cəza qüvvələri karvanı daxili işlər naziri Arsen Avakovun əmrinə əsasən şərqə doğru istiqamət götürüblər. Qeyd edək ki, Avakov ötən gün mitinq iştirakçılarına 48 saat ərzində dağılışmayacaqları təqdirdə güc tətbiq ediləcəyini bəyan etmişdi.
Donetsk Xalq Respublikasının xalq hərəkatının press-ataşesi Anna Şerşneva isə LifeNews-a müsahibəsində bildirib ki, Donbass sakinləri hərbi karvanın qarşısını öz gücləri ilə almağa çalışıblar.
“Vəziyyət çox ciddidir. Donetsk və Luqanska ordu gəlir. Döyüşə hazırlıq gedir”
Şerşnevanın sözlərinə görə donlular “yeni Kiyevin”, radikal rəhbərlərinin ardınca getməyəcəklər.
“ Xalq hərəkatı öz azadlığı uğrunda mübarizəsini davam etdirəcək. Donbass hazırki şəraitdə özünü Ukraynanın tərkibində görmür. Timoşenko, Yaroş, Farion və digərləri Ukraynanın mövcudluğunu təhlükə altına atırlar. Belə bir şəraitdə Rusiyaya birləşməkdən başqa çıxış yolu görmürük” - deyə mətbuat katibi bildirib.
Səbinə Həsənova