Azərbaycanlı deputatlara etiraz edən daşnaklar saxlanılıblar

   Azərbaycanlı deputatlara etiraz edən  daşnaklar saxlanılıblar
  22 Fevral 2022    Oxunub:3046
Ermənistanda İrəvana səfər etmiş azərbaycanlı deputatlara etiraz edən daşnaklar saxanılıblar. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, İrəvan polisi Azərbaycan nümayəndə heyətinin İrəvana səfərinə etiraz olaraq keçirilən aksiyanın ondan çox iştirakçısını saxlayıb.

İrəvanda deputatlarımızın əleyhinə etiraz aksiyası keçirilir
- Daşnaksütyunun gənclər birliyinin yaydığı məlumatda deyilir ki, "Polis Azərbaycan nümayəndə heyətinin səfərinə qarşı bizim aksiyamızın qarşısını alıb, ondan çox adam bölməyə aparılıb". Mitinq paytaxtın mərkəzində yerləşən “Armenia Marriott” otelinin qarşısında keçirilib,-məqalədə yazılıb.

Xatırladaq ki, Azərbaycan AVRONESTin iclasında təmsil olunmaq üçün İrəvana iki deputat göndərib. Buna etiraz olaraq İrəvanda bir qrup radikal iki gündür ki, aksiyalar keçirir.

Qeyd edək ki, Avronest Parlament Assambleyası Aİ Şərq Tərəfdaşlığı (Azərbaycan, Ukrayna, Belarus, Moldova, Ermənistan, Gürcüstan-red.) və Avropa Parlamentindən olan deputatları birləşdirir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Aksiya   AVRONEST   İrəvan   Polis  



Xəbər lenti