Rusiyanın Hollandiyadakı səfiri XİN-ə çağırılıb

Rusiyanın Hollandiyadakı səfiri XİN-ə çağırılıb
  22 Fevral 2022    Oxunub:1323
Rusiyanın Haaqadakı səfiri Aleksandr Şulqin Hollandiya Xarici İşlər Nazirliyinə dəvət olunub. AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın Haaqadakı diplomatik missiyasının birinci katibi İrina Qridina məlumat yayıb.
Onun sözlərinə görə səfirin XİN-ə çağırılması "Luqansk" və "Donetsk Xalq Respublikaları"nın tanınması ilə əlaqədar olub.

Rusiya səfiri "DXR" və "LXR"a görə Danimarka XİN-ə çağırılıb
Diplomat deyib ki, Rusiya tərəfinə beynəlxalq hüquq normalarını pozduğu iddia edilən qanunların siyahısı, bir sıra beynəlxalq hüquqi sənədlər, o cümlədən Helsinki Yekun Aktı, Yeni Avropa üçün Paris Xartiyası təqdim edilib.

Hollandiya mətbuatı isə Niderlandın Nazirlər Kabinetinin Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyanın Haaqadakı səfirə etiraz üçün dəvət etməsi barədə məlumat yayıb.

Qeyd edək ki, Avropa ölkələri dünən Rusiyanın Ukrayna ərazisində yerləşən qondarma rejimlərin müstəqilliyini tanımasından sonra bu gündən başlayaraq rus səfirləri XİN-ə çağırırlar.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Diplomat   XİN   Rusiya  



Xəbər lenti