İtaliya turistlər üçün karantini ləğv edir

İtaliya turistlər üçün  karantini ləğv edir
  23 Fevral 2022    Oxunub:2319
İtaliyanın səhiyyə naziri Roberto Speranza martın 1-dən ölkəyə daxil olan bütün əcnəbi vətəndaşlar üçün karantin rejiminin ləğv edilməsi barədə fərman imzalayıb.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə İtaliya Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bununla da İtaliyaya daxil olmaq üçün peyvənd sertifikatı, sağalma sertifikatı və ya mənfi koronavirus testi kifayət edəcək.

Səhiyyə Nazirliyindən bildirilib ki, göstərilən qətnamədə turizmlə bağlı yeni təlimatlar yoxdur. İndiyədək bir sıra ölkələrdən, o cümlədən İtaliyaya turizm məqsədilə giriş qadağan edilib.

AzVision.az


Teqlər: İtaliya   Turist  



Xəbər lenti