Zəngilandan narkotikin keçirilməsinin qarşısı alınıb

   Zəngilandan narkotikin keçirilməsinin qarşısı alınıb
  23 Fevral 2022    Oxunub:913
İrandan Azərbaycana 5 kq narkotikin keçirilməsinin qarşısı alınıb.
Bu barədə AzVision.az -a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, fevral ayının 20-də saat 00:50 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Zəngilan rayonunun Bartaz kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İran İslam Respublikasından Azərbaycan istiqamətində pozul­masına dəlalət edən əlamətlər aşkar edilib, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılmış, ərazi qapadılıb.

Keçirilən sərhəd axtarışı tədbirləri nəticəsində ərazidə sahibsiz halda aşkarlanan 1 ədəd ağ rəngli bağlamanın içərisində ümumi çəkisi 5 kq 320 qram narkotik vasitəyə (4 kq 795 qr marixuana və 525 qr metamfetamin) bənzər maddələr aşkar olunaraq götürülüb. Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

AzVision.az



Teqlər: Zəngilan   DSX  





Xəbər lenti