İrəvan polisi jurnalisti sürüyərək bölməyə aparıb - FOTO

 İrəvan polisi jurnalisti  sürüyərək bölməyə aparıb - FOTO
  23 Fevral 2022    Oxunub:1925
Ermənistanda jurnalistə qarşı fiziki təzyiq göstərilib. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Qeyd edilir ki, ötən gecə polis İrəvandakı “Marriott” otelinin qarşısında “Yerkir Media”nın jurnalisti Ani Naapetyanı saxlayıb.

Azərbaycanlı deputatlara etiraz edən daşnaklar saxlanılıblar
- Naapetyan da daxil olmaqla 25 gənc saxlanıldı. Bu zaman Daşnaksütyun üzvlərinin olduğu bir qrup gənc Ermənistana gələn azərbaycanlı nümayəndələrə etiraz edib. Ani tədbiri işıqlandırmaqla öz peşə borcunu yerinə yetirirmiş. Amma polislər onun jurnalist olduğunu görsələr də, bölməyə apararaq barəsində xuliqanlıq maddəsi ilə cinayət işi açıblar.

“Polisin izahatında qeyd olunur ki, guya biz xuliqanlıq etmişik. Beş dəqiqə “Nikol, satqın”, “Nikol, türk” qışqırdıq sonra fiziki təzyiqlərlə üzləşdik”, - Ani Nahapetyan Hraparak-a deyib.

Jurnalist artıq ölkəsində söz azadlığının boğulduğunu qeyd edib.

- Mən izahatımda da qeyd etmişdim ki, aksiya iştirakçısı deyil, sadəcə şəkil çəkmək üçün "Marriott" otelinin qarşısında olmuşam. Aksiyada deyəndə ki, jurnalistəm, məni həbs edə bilməzsiniz, cavab verdilər ki, bu bizi maraqlanmır ki, sən kimsən. Məni polis maşınına mindirdinlər, bölməyə girəndə belə jurnalist olduğumu təkrarladım. Amma “fərq etməz, sən artıq buradasan” dedilər və məni beş saat saxladılar,- jurnalist deyib.

Erməni jurnalist təhqiramiz ifadələr işlətmədiyini, heç bir şüar qışqırmadığını bildirib.

- Sadəcə polislərin saxlanılan gənclərə qarşı qeyri-insani rəftar göstərməsini təhqir etməyini gördüm çəkdim deyə tutdular. Məni də təhqir etdilər və aksiya iştirakçılar kimi fiziki təzyiqlərlə sürüklədilər. Amma içəridə mənə normal yanaşırdılar. Saxlanılanlar haqqında isə eyni şeyi deyə bilmərəm.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan  



Xəbər lenti