Fransalı nazir Baydeni "işğal" sözünə görə qınadı

Fransalı nazir Baydeni    "işğal"    sözünə görə qınadı
  23 Fevral 2022    Oxunub:1557
Fransanın maliyyə naziri Bryuno Le Mer Co Baydenin Rusiya ilə bağlı səsləndirdiyi işğalçı fikrinin əleyhinə çıxıb. AzVision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilir ki, Le Mer ABŞ prezidenti Co Baydenin işlətdiyi “işğal” sözünün hazırda Ukraynada baş verənləri təsvir etmək üçün uyğun deyil.

Bayden Rusiyaya qarşı yeni sanksiyaları elan etdi
- Sözlərinizi ölçüb-biçmək lazımdır. İşğal işğaldır. Və hesab edirəm ki, bu, həmin situasiya (Ukraynadakı vəziyyət - red.) üçün düzgün söz deyil. Biz Putinin növbəti günlər və saatlarda hansı addımları atacağına baxacağıq. Amma indi baş verənlər Ukraynanın ərazi bütövlüyünə qəsd etmək və beynəlxalq razılaşmaları şübhə altına almaq cəhdidir, - nazir BFMTV kanalının efirində deyib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin fevralın 21-də Təhlükəsizlik Şurasının fövqəladə geniş iclasından sonra vətəndaşlara müraciət edərək, qondarma "LXR" və "DXR"-in suverenliyini dərhal tanımaq barədə qərar qəbul etməyi zəruri sayıb. Müraciətdən sonra Prezident Kremldə hər iki ərazini tanıyan fərmanlar imzaladı.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Fransa   Bayden   İşğal  



Xəbər lenti