Ərdoğanın mühafizəçisi Afrikada infarktdan öldü

 Ərdoğanın mühafizəçisi Afrikada infarktdan  öldü
  23 Fevral 2022    Oxunub:2317
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Seneqalda səfərdə olarkən Prezidentin Təhlükəsizlik İdarəsinin Xüsusi Əməliyyatlar şöbəsinin müdiri Hayrettin Eren vəfat edib.
AzVision.az xəbər verir ki, bu barədə "Hürriyət" məlumat yayıb Bildirilir ki, o, infarktdan dünyasını dəyişib.

Məqalədə qeyd edilir ki, həkimlərin müdaxilələrinə baxmayaraq Erenin həyatını xilas etmək mümkün olmayıb.

Onun cənazəsi Prezident Ərdoğanın təyyarəsi ilə Türkiyəyə aparılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti