"775 mindən çox donbaslı Rusiya vətəndaşlığı alıb"- Vodolatski
əlaqələr komitəsi rəhbərinin birinci müavini Viktor Vodolatski deyib.
Onun sözlərinə görə, bu gün Donbasda 775 mindən çox Rusiya vətəndaşı yaşayır. Daha 110 minə yaxın insan isə Rusiya pasportu almaq üçün müraciət edib və onlar paylanmaqdadır.
- "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikasın"ın polis şöbələrinə, pasport xidmətlərinə müraciətlərlə bağlı axın var. Bu, bu gün bir faktdır,- Vodolatski deyib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin fevralın 21-də Təhlükəsizlik Şurasının fövqəladə geniş iclasından sonra vətəndaşlara müraciət edərək, qondarma "LXR" və "DXR"-in suverenliyini dərhal tanımaq barədə qərar qəbul etməyi zəruri sayıb. Müraciətdən sonra Prezident Kremldə hər iki ərazini tanıyan fərmanlar imzaladı.
Tural Tağıyev
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


