Bu gün Ərdoğan Putinlə danışacaq

   Bu gün Ərdoğan Putinlə danışacaq
  23 Fevral 2022    Oxunub:1154
Kreml Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında bu gün telefon danışığı olacağını təsdiqləyib.
AzVision.az xəbər verir ki, bu barədə RİA novosti informasiya agentliyi RF liderinin mətbuat katibi Dmitri Peskova istinadla məlumat yayıb. “Bəli. Həqiqətən belə danışıq planlaşdırılır”, - deyə Dmitri Peskov belə bir telefon danışığının Rusiya Prezidentinin bugünkü planlarına daxil olub-olmadığı barədə suala cavabında bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir qədər əvvəl demişdi ki, rusiyalı həmkarı Vladimir Putinlə danışıqları NATO sammitindən sonraya planlaşdırır.

AzVision.az


Teqlər: Türkiyə   Rusiya  



Xəbər lenti