"Paşinyanın siyasəti nəticəsində ermənilər silahla bir-birilərini öldürürlər" - Hraparak

   "Paşinyanın siyasəti nəticəsində ermənilər silahla bir-birilərini öldürürlər" -    Hraparak
  23 Fevral 2022    Oxunub:1437
İrəvanda törədilmiş cinayətlərin sayı əvvəlki illə müqayisədə artıb. Belə ki, 2021-ci ildə paytaxtda 16 438 cinayət qeydə alınıb ki, bu da əvvəlki ildən 18,3 faiz çoxdur. Eyni zamanda ötən il 26 qətl hadisəsi olub.
AzVision.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb. İrəvan prokuroru Szak Ovannisyan qətllərin artmasının narahatedici olduğunu bildirib. O qeyd edib ki, qətllər gərgin münasibətlər, şəxsi düşmənçilik və qisas zəminində törədilib.

“Hraparak” yaydığı məlumatda qeyd edib ki, Nikol Paşinyan 2018-ci ildən bəri ölkədə düşmənçilik, dözümsüzlük, məzhəb mübarizəsi və gərginlik mühiti yaratmaq üçün hər şeyi edib:

“Hakimiyyət özü aqressiv leksikonu, müxtəlif ictimai qruplara qarşı cinayət təqibləri ilə bu vəziyyəti yaradıb. Nikol Paşinyan əlində çəkiclə rayonlara basqın etdi, məhkəmələrə müharibə elan etdi, onu təhqir edənlərə qarşı konkret olaraq cinayət maddəsi tətbiq etdi, müxtəlif quldurları hakimiyyətə daxil etdi. Belə vəziyyətdə insanların yığılıb qalmış problemlərini sülh yolu ilə həll etmək əvəzinə, silaha sarılaraq bir-birini öldürməsi tamamilə təbiidir”, deyə nəşr cinayətlərin artmasını şərh edib

AzVision.az



Teqlər: Erməni  



Xəbər lenti