Ukrayna Türkiyədən Qara dəniz boğazlarını Rusiya üçün bağlamağı xahiş edəcək
“Biz düşünürük ki, Ukraynaya qarşı hərbi əməliyyatların başlanması halında, yəni müharibə təkcə de-fakto deyil, həm də de-yure olanda Türkiyə hökumətindən xahiş edəcəyik ki, Qara dəniz boğazları təcavüzkar ölkə üçün bağlanması imkanını nəzərdən keçirsin”, - diplomat bildirib.
O əlavə edib ki, Kiyev Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmilərinin Qara dənizdə cəmləşməsini ciddi təhlükə kimi qiymətləndirir.
Qeyd edək ki, bundan əvvəl Rusiya Qara dənizə Şimal və Baltik Donanmasının altı böyük desant gəmisini yerləşdirib. Rusiya Müdafiə Nazirliyi gəmilərin birgə təlimlərdə iştirak edəcəyini bildirib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


