Rusiya 48 saat ərzində Ukraynaya hücum edəcək - ABŞ xəbərdarlıq etdi

      Rusiya 48 saat ərzində Ukraynaya hücum edəcək    - ABŞ xəbərdarlıq etdi
  24 Fevral 2022    Oxunub:1670
ABŞ administrasiyası Ukrayna prezidenti Vladimir Zelenskiyə yaxın iki gün ərzində “Rusiya işğalı” ehtimalının yüksək olduğunu bildirib. AzVision.az xəbər verir ki, bu barədə “Newsweek” ABŞ kəşfiyyatındakı mənbəyə istinadən məlumat yayıb.
“Ukrayna prezidentinə ABŞ kəşfiyyatının məlumatlarına əsasən Rusiyanın 48 saat ərzində işğala başlaya biləcəyi barədə xəbərdarlıq edilib”, - mənbə nəşrdən sitat gətirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti