Rusiya Donbasda xüsusi hərbi əməliyyata başladı - YENİLƏNİR

   Rusiya Donbasda    xüsusi hərbi əməliyyata   başladı -  YENİLƏNİR
  24 Fevral 2022    Oxunub:4148
Rusiya Prezidenti Vladimir Putin ölkə əhalisinə yenidən müraciət edib.
AzVision.az xəbər verir ki, Putin müraciətində Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb.

Putin ukraynalı hərbçiləri dərhal silahlarını yerə qoymağa və evlərinə getməyə çağırıb.

Onun sözlərinə görə, mövcud şərait Rusiyadan qəti addım tələb edir.

Rusiya prezidenti xarici ölkələrə müraciətlə söyləyib ki, "Kim kənardan qarışsa, elə cavab verəcəyik ki, belə cavabı tarixinizdə heç vaxt görməmisiniz. Bunun üçün artıq bütün qərarlar qəbul edilib. Biz hadisələrin istənilən inişafına hazırıq. Ümid edirəm ki, məni eşitdiniz!"

Odessa və Mariupola rus desantı çıxarılır

Zelenski Ukrayna xalqına müraciət edib



Rusiya Ukraynanın hərbi infrastrukturuna zərbələr endirir - Zelenski

Xarkov yaxınlığında partlayışlar:



Bayden: "Rusiyanın hərəkətinə qətiyyətli cavab verəcəyik"

CNN: ABŞ və müttəfiqləri bu gün Rusiya əleyhinə geniş sanksiyalar paketi qəbul edəcəklər

Bayden Rusiyaya qarşı atılacaq addımlarla bağlı Amerika xalqına müraciət hazırlayır

Xəbər yenilənir...

Xəbəri dərhal almaq üçün "Telegram" kanalımıza qoşulun: https://t.me/Azvisionaz


Teqlər: Rusiya  



Xəbər lenti