Polşa da Ukraynaya uçuşları dayandırdı

   Polşa da Ukraynaya uçuşları dayandırdı
  24 Fevral 2022    Oxunub:1810
Ukraynada yaranmış gərgin vəziyyətlə əlaqədar bir sıra dövlətlər bu ölkəyə olan uçuşları dayandırıblar. AzVision.az xəbər verir ki, Polşanın milli aviadaşıyıcısı LOT Ukraynaya bütün reyslərini ləğv etdiyini bəyan edib.
Şirkətin sözçüsü Kşiştof Moçulski jurnalistlərə açıqlamasında deyib ki, hazırda uçuş həyata keçirilmir.

Bakı-Kiyev-Bakı marşrutu üzrə reys ləğv edildi
- Polşadan Ukraynaya bütün LOT reysləri ləğv edilib, - Moçulski deyib.

O qeyd edib ki, söhbət Kiyev, Lvov və Odessaya uçuşlardan gedir.

Xatırladaq ki, Türk Hava Yolları(THY) da Ukraynaya bütün uçuşlarını dayandırıb
THY-nin baş direktoru Bilal Ekşi Tvitter hesabında bildirib ki, Ukrayna hava məkanının bağlanması ilə əlaqədar bu gün Ukraynaya həyata keçirəcəyimiz bütün uçuşlar ləğv olunub.

Tural Tağıyev

AzVision.az



Teqlər:   Uçuş   Ukrayna  



Xəbər lenti