Ukrayna Türkiyədən kömək istədi

  Ukrayna Türkiyədən kömək istədi
  24 Fevral 2022    Oxunub:2181
Rusiya Federasiyası Ukraynaya qarşı müharibəyə başlayıb. Ukraynanın dinc şəhərlərini bombalayırlar.
AzVision.az xəbər verir ki, bunu Ukraynanın Ankaradakı səfiri Vasil Bodnar tviter səhifəsində yazıb.

“Biz strateji müttəfiqimiz Türkiyəni və dost Türkiyə xalqını bu çətin zamanda bizə yardım etməyə çağırırıq”, - diplomat bildirib.



İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Ukrayna   Türkiyə  



Xəbər lenti