Britaniya və Türkiyə Ukraynadakı vətəndaşlarına çağırış edib

   Britaniya və Türkiyə Ukraynadakı vətəndaşlarına çağırış edib
  24 Fevral 2022    Oxunub:1084
Britaniya Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına həyat və sağlamlığına təhlükə yaratmadan Ukraynanı dərhal tərk etməyi tövsiyə edib.
AzVision.az xəbər verir ki, nazirliyin saytında yerləşdirilən məlumata görə, bu mümkün deyilsə, britaniyalılar evdə qalmalı və pəncərələrə yaxın getməməlidirlər.
“Rusiya Ukraynada hərbi əməliyyata başladığını elan edib. Döyüş əməliyyatları ilə bağlı çoxsaylı məlumatlar var. Biz Britaniya vətəndaşlarına Ukrayna hakimiyyətinin tövsiyələrinə əməl etməyi tövsiyə edirik. Müharibə zonasındasınızsa və təhlükəsiz şəkildə həmin ərazini tərk edə bilmirsinizsə, evdə, pəncərələrdən uzaqda qalmalı və ölkəni təhlükəsiz tərk etməyə imkan yarada biləcək hadisələri diqqətlə izləməlisiniz”.

Türkiyə Xarici İşlər Nazirliyi də Ukraynada yaşayan vətəndaşlarına çağırış edib.
“Ukraynanın hava məkanı hələ ki qapalıdır. Mövcud vəziyyətdə evlərinizdə və ya təhlükəsiz bir yerdə qalmanızı, səyahətdən qaçınmanızı xahiş edirik. Ölkəni tərk etmək istəyənlər üçün lazımi dəstək və koordinasiya təmin ediləcək”, - çağırışda vurğulanıb.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: Ukrayna  



Xəbər lenti