Almaniya vətəndaşlarını Ukraynanı tərk etməyə çağırdı

   Almaniya vətəndaşlarını Ukraynanı tərk etməyə çağırdı
  24 Fevral 2022    Oxunub:1334
Almaniya Xarici İşlər Nazirliyi(XİN) Ukraynada yaranmış müharibə şəraiti ilə əlaqədar bəyanat yayıb. AzVision.az xəbər verir ki, XİN vətəndaşlara müraciət edərək təcili şəkildə ölkəni tərk etməyə çağırıb.
- Almaniya Xarici İşlər Nazirliyi Ukraynada qalan vətəndaşları tərk etməyə, bu mümkün olmazsa, onları mühafizə olunan yerlərdə qalmağa çağırır,-Bəyanatda deyilir.

Qeyd edək ki, bir müddət öncə oxşar addımı Britaniya Türkiyə də XİN atmışdı.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bu səhər ölkə əhalisinə yenidən müraciət edib. O, müraciətində Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb. Putin ukraynalı hərbçiləri dərhal silahlarını yerə qoymağa və evlərinə getməyə çağırıb. Onun sözlərinə görə, mövcud şərait Rusiyadan qəti addım tələb edir. Rusiya prezidenti həmçinin xarici ölkələrə müraciətlə söyləyib ki, "Kim kənardan qarışsa, elə cavab verəcəyik ki, belə cavabı tarixinizdə heç vaxt görməmisiniz. Bunun üçün artıq bütün qərarlar qəbul edilib. Biz hadisələrin istənilən inişafına hazırıq. Ümid edirəm ki, məni eşitdiniz!" Bundan başqa Odessa və Mariupola rus desantı çıxarılıb. Zelenski də Ukrayna xalqına müraciət edib. O, təcili müraciətində ölkəsinin bütün təhlükəsizliyi və müdafiə sektorunun işlək vəziyyətdə olduğunu bildirib. Ukrayna Prezidenti insanlari təşvişə düşməməyə çağırıb. “Biz güclüyük, biz qalib gələcəyik”, - deyə Volodimir Zelenski vurğulayıb.

Tural Tağıyev
AzVision.az


Teqlər:



Xəbər lenti