Ərdoğan Ukraynaya görə Təhlükəsizlik Şurasının iclasını keçirir

 Ərdoğan Ukraynaya görə  Təhlükəsizlik Şurasının  iclasını keçirir
  24 Fevral 2022    Oxunub:1335
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynada baş verən hadisələrlə bağlı Təhlükəsizlik Şurasının iclasının keçirilməsi ilə bağlı çağırış edib. AzVision.az xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb.
- Son məlumatlara görə, prezident Rəcəb Tayyib Ərdoğan Prezident iqamətgahına Təhlükəsizlik Şurasının iclasını çağırır. İclasda Ukraynadakı vəziyyətə qiymət veriləcək. Sammitdən sonra Türkiyə liderinin bəyanatı gözlənilir,- qəzet yazıb.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bu səhər ölkə əhalisinə yenidən müraciət edib. O, müraciətində Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb. Putin ukraynalı hərbçiləri dərhal silahlarını yerə qoymağa və evlərinə getməyə çağırıb. Onun sözlərinə görə, mövcud şərait Rusiyadan qəti addım tələb edir. Rusiya prezidenti həmçinin xarici ölkələrə müraciətlə söyləyib ki, "Kim kənardan qarışsa, elə cavab verəcəyik ki, belə cavabı tarixinizdə heç vaxt görməmisiniz. Bunun üçün artıq bütün qərarlar qəbul edilib. Biz hadisələrin istənilən inişafına hazırıq. Ümid edirəm ki, məni eşitdiniz!" Bundan başqa Odessa və Mariupola rus desantı çıxarılıb. Zelenski də Ukrayna xalqına müraciət edib. O, təcili müraciətində ölkəsinin bütün təhlükəsizliyi və müdafiə sektorunun işlək vəziyyətdə olduğunu bildirib. Ukrayna Prezidenti insanlari təşvişə düşməməyə çağırıb. “Biz güclüyük, biz qalib gələcəyik”, - deyə Volodimir Zelenski vurğulayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti