Ukraynanın Moskvadakı səfirliyi vətəndaş qəbulunu dayandırdı

   Ukraynanın Moskvadakı səfirliyi vətəndaş qəbulunu dayandırdı
  24 Fevral 2022    Oxunub:1240
Ukraynanın Moskvadakı səfirliyi nə bu gün, nə də yaxın vaxtlarda vətəndaş qəbulu keçirməyəcək.
AzVision.az xəbər verir ki, bunu RİA “Novosti”yə səfirliyin rəsmisi bildirib. Ukraynanın Moskvadakı səfirliyinin qarşısında kiçik növbə yaranıb. Lakin səfirliyin nümayəndəsi bildirib ki, yaxın vaxtlarda heç bir qəbul olmayacaq, o cümlədən təyinatla gələnlər üçün. Diplomatik nümayəndəliyin əməkdaşı elanı rus və ukrayna dillərində təkrarlayıb.

Qəbula necə yazılacağını, o cümlədən itirilmiş sənədlərin dəyişdirilməsini soruşduqda, işçi səfirliyin qaynar xəttinə zəng etməyi və ya internet saytında məlumat gözləməyi təklif edib. “Yaxın vaxtlarda bütün məlumatlar səfirliyin saytında olacaq”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Ukrayna   Rusiya  



Xəbər lenti