Borrel Rusiyaya qarşı yeni sanksiyaların anonsunu verdi

   Borrel Rusiyaya qarşı    yeni sanksiyaların    anonsunu verdi
  24 Fevral 2022    Oxunub:1073
Avropa İttifaqının(Aİ) xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel Rusiyaya qarşı yeni sanksiyaların anonsunu verib.
AzVision.az xəbər verir ki, Avropa diplomatiyasının rəhbəri Ukraynaya qarşı xüsusi hərbi əməliyyatın başlaması ilə əlaqədar Rusiyaya qarşı yeni "Avropa sanksiyalar paketi"nin tezliklə təsdiqlənəcəyini vəd edib.

- Biz Avropa Komissiyasının rəhbəri Ursula Fon Der Leyenlə birgə tərəfdaşlarımızla sıx koordinasiyada olaraq növbəti sanksiyalar paketini nəzərdən keçirəcəyik. Avropa İttifaqı Şurası bu paketi tez bir zamanda qəbul edəcək, - Borrel Twitter-də yazıb.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bu səhər ölkə əhalisinə yenidən müraciət edib. O, müraciətində Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb. Putin ukraynalı hərbçiləri dərhal silahlarını yerə qoymağa və evlərinə getməyə çağırıb. Onun sözlərinə görə, mövcud şərait Rusiyadan qəti addım tələb edir. Rusiya prezidenti həmçinin xarici ölkələrə müraciətlə söyləyib ki, "Kim kənardan qarışsa, elə cavab verəcəyik ki, belə cavabı tarixinizdə heç vaxt görməmisiniz. Bunun üçün artıq bütün qərarlar qəbul edilib. Biz hadisələrin istənilən inişafına hazırıq. Ümid edirəm ki, məni eşitdiniz!" Bundan başqa Odessa və Mariupola rus desantı çıxarılıb. Zelenski də Ukrayna xalqına müraciət edib. O, təcili müraciətində ölkəsinin bütün təhlükəsizliyi və müdafiə sektorunun işlək vəziyyətdə olduğunu bildirib. Ukrayna Prezidenti insanlari təşvişə düşməməyə çağırıb. “Biz güclüyük, biz qalib gələcəyik”, - deyə Volodimir Zelenski vurğulayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti