"Telegram" da qlobal problem yaranıb

      "Telegram"   da qlobal problem yaranıb
  24 Fevral 2022    Oxunub:1436
“Telegram” messencerinin işində nasazlıq ortaya çıxıb.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə populyar internet resurslarının işini izləyən “Downdetector” xidməti məlumat yayıb.

Qeyd edilir ki, "Telegram" messencerinin dünya üzrə istifadəçiləri onun işindəki problemlər barədə məlumat verirlər.
1 saat ərzində 381 şikayət qeydə alınıb ki, şikayətlərin 40%-i serverə qoşulma ilə bağlıdır. Sosial şəbəkə istifadəçilərinin 34%-i proqramdakı problemlərdən, daha 26%-i mesajların qəbulu ilə bağlı çətinliklərdən şikayətlənir.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti