Rus diplomatların hamısı Ukraynadan çıxarılıb

  Rus diplomatların hamısı Ukraynadan çıxarılıb
  24 Fevral 2022    Oxunub:1284
“Bütün rus diplomatları Ukraynanı tərk edib”.
AzVision.az xəbər verir ki, bu barədə RİA Novosti-yə Rusiya diplomatik missiyasının mətbuat attaşesi Denis Qolenko bildirib. O, Rusiya diplomatların Kiyevdəki səfirliyi, həmçinin Odessa, Xarkov, Lvovdakı baş konsulluqları tərk etdiyini vurğulayıb. Qolenko qeyd edib ki, hazırda o da artıq Rusiyanın ərazisindədir.

O, xarici nümayəndəliklərindəki əmlakla bağlı sualı cavablandırarkən qeyd edib ki, bununla bağlı bütün zəruri təxliyə tədbirləri həyata keçirilib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Rusiya   Ukrayna  



Xəbər lenti