"Putin mənim dövlətimi məhv etmək istəyir"- Zelenski

   "Putin mənim dövlətimi məhv etmək istəyir"-    Zelenski
  24 Fevral 2022    Oxunub:2661
Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinə olan hərbi hücumlardan danışıb. Zelenski Rusiya prezidenti Vladimir Putinin Ukraynanı məhv etmək istədiyini, lakin Ukrayna ordusunun buna qarşı mübarizə apardığını söyləyib. AzVision.az xəbər verir ki, bu barədə dövlət başçısı “Facebook” sosial şəbəkəsində videomüraciət zamanı məlumat verib.
AzVision.az xəbər verir ki, bu barədə dövlət başçısı “Facebook” sosial şəbəkəsində videomüraciət zamanı məlumat verib.

Prezident vurğulayıb ki, Ukrayna “təkcə bombalarla deyil, həm də feyk xəbərlərlə hücuma məruz qalır”.

- Həqiqəti əks etdirən məlumatlarə rəsmi mənbələrdən əldə etmək vacibdir. Bu gün Rusiya Ukraynaya təcavüzə başlayıb. Putin Ukrayna ilə, bütün demokratik dünya ilə müharibəyə başlayıb. O, mənim dövlətimi məhv etmək istəyir. O, dövlətimizi və bizim qurduğumuz hər şeyi məhv etmək istəyir, - Zelenski deyib.

Eyni zamanda, dövlət başçısı bütün ukraynalılara, ilk növbədə, “düşmənin ilk zərbəsini artıq almış və layiqli cavabını verən” Ukrayna hərbçilərinə müraciət edib.

- Biz Ukrayna Silahlı Qüvvələrinin tam gücünü bilirik. Siz cəsarətlisiniz. Siz sarsılmazsınız. Siz ukraynalısınız, - Zelenski deyib.

O, bütün ukraynalıları panikaya düşməməyə və Ukrayna Silahlı Qüvvələrini dəstəkləmək üçün hər şeyi etməyə çağırıb.

- Hazırda xaricdə olan bütün ukraynalılara müraciət edirəm. Bizim sizin də dəstəyinizə ehtiyacımız var. Siz güclü qüvvəsiniz. Siz möhkəm qüvvəsiniz və bunu bir neçə dəfə sübut etmisiniz. İndi sizə həqiqətən ehtiyacımız var, - Zelenski bildirib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bu səhər ölkə əhalisinə yenidən müraciət edib. O, müraciətində Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb. Putin ukraynalı hərbçiləri dərhal silahlarını yerə qoymağa və evlərinə getməyə çağırıb. Onun sözlərinə görə, mövcud şərait Rusiyadan qəti addım tələb edir. Rusiya prezidenti həmçinin xarici ölkələrə müraciətlə söyləyib ki, "Kim kənardan qarışsa, elə cavab verəcəyik ki, belə cavabı tarixinizdə heç vaxt görməmisiniz. Bunun üçün artıq bütün qərarlar qəbul edilib. Biz hadisələrin istənilən inişafına hazırıq. Ümid edirəm ki, məni eşitdiniz!"
Ukrayna rəsmiləri isə bu gün səhər saat 5:00-da Rusiya silahlı qüvvələrinin Ukraynanın şərqində ordu mövqelərini intensiv atəşə tutmağa başladığını bəyan ediblər. Qeyd edilir ki, Borispol, Ozernı, Kulbakin, Çuqev, Kramatorsk, Çernobaevka və digər onlarla bölgə, eləcə də Ukrayna Silahlı Qüvvələrinin hərbi obyektləri, sərhədi boyu ərazilər, yaşayış məntəqələri raket və digər ağır artileriyadan atəşə tutulub.


Tural Tağıyev
AzVision.az


Teqlər:



Xəbər lenti