Ukraynadan dəhşətli görüntülər - Video

 Ukraynadan dəhşətli görüntülər -   Video
  24 Fevral 2022    Oxunub:3273
Rusiya silahlı qüvvələri Belarus və işğal altındakı Krım yarımadasından Ukraynaya hücuma başlayıb. AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Ukrayna Dövlət Sərhəd Xidməti açıqlayıb.
Ukrayna Fövqəladə Hallar Nazirliyi isə bildirib ki, Rusiya Ordusu Luqansk vilayətinin Qorodişe və Melovoeni kəndi ələ keçirib, Lutsk şəhərində teleqüllə partladılıb. Xmelnitski, Dnepropetrovsk, Kiyev vilayətlərində də hərbi hissə və anbarlarda partlayışlar olub, yanğın başlayıb.

Ukrayna Daxili İşlər Nazirliyinin Anton Geraşenko yerli KİV-ə bildirib ki, Kiyev vilayətinin Brovarı şəhərində atışma nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

Həmçinin Umanda gülləbaran qurbanının görüntüləri yayılıb.



AzVision.az


Teqlər:



Xəbər lenti