"Putin əməliyyatların məqsədinin soyqırıma son qoymaq olduğunu dedi"
O həmçinin qeyd edib ki, Ukraynanın hərbi rəhbərliyi Rusiyanın mümkün xüsusi əməliyyatları barədə xəbərdarlıq olunubmuş. Amma qarşı tərəf heç bir addım atmayıb.
Belarus Prezidenti onu da qeyd edib ki, o, Putinlə son görüşündə həmkarına Rusiya Silahlı Qüvvələrinin müəyyən hissəsini Belarusun cənubunda saxlamağı təklif edib və onun razılığını alıb.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bu səhər ölkə əhalisinə yenidən müraciət edib. O, müraciətində Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb. Putin ukraynalı hərbçiləri dərhal silahlarını yerə qoymağa və evlərinə getməyə çağırıb. Onun sözlərinə görə, mövcud şərait Rusiyadan qəti addım tələb edir. Rusiya prezidenti həmçinin xarici ölkələrə müraciətlə söyləyib ki, "Kim kənardan qarışsa, elə cavab verəcəyik ki, belə cavabı tarixinizdə heç vaxt görməmisiniz. Bunun üçün artıq bütün qərarlar qəbul edilib. Biz hadisələrin istənilən inişafına hazırıq. Ümid edirəm ki, məni eşitdiniz!". Bundan başqa Krımdan və Belarusdan Ukrayna ərazisinə rus desantları, hərbi texnikalarının daxil olmasına dair görünütülər yayılıb.
Zelenski də Ukrayna xalqına müraciət edib. O, təcili müraciətində ölkəsinin bütün təhlükəsizliyi və müdafiə sektorunun işlək vəziyyətdə olduğunu bildirib. Ukrayna Prezidenti insanlari təşvişə düşməməyə çağırıb. “Biz güclüyük, biz qalib gələcəyik”, - deyə Volodimir Zelenski vurğulayıb.
Tural Tağıyev
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


