Avropa İttifaqı Putinə qarşı sanksiya tətbiq edə bilər

   Avropa İttifaqı Putinə qarşı sanksiya tətbiq edə bilər
  24 Fevral 2022    Oxunub:1408
Avropa İttifaqı Rusiya Prezidenti Vladimir Putinə qarşı sanksiya tətbiq olunmasını müzakirə edə bilər.
AzVision.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi mənbələrinə istinadən məlumat yayıb. “Aİ, baxılan tədbirləri sərtləşdirmək üçün şəxsən Vladimir Putinə qarşı sanksiya tətbiq olunmasını müzakirə edə bilər”, - agentliyin bəyanatında deyilir.

Bu tədbirin daha çox simvolik xarakter daşıdığı qeyd edilir. Bunun üçün lazımi siyasi razılıq olarsa, qəbul oluna bilər.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:   Putin  



Xəbər lenti