Zelenski brifinq keçirdi:"Vətəndaşlara silah paylayırıq" - VİDEO
Zelenski insanları əmin edib ki, Ukrayna Silahlı Qüvvələri güclü şəkildə döyüşür, hücumları dəf edir, düşmən isə ciddi itkilər verib.
-Ukraynanın Silahlı Qüvvələri həqiqətən də Donbasda, şərqdə, şimalda, cənubda digər bölgələrdə hücumları dəf edərək şiddətlə döyüşür. Düşmən ciddi itkilər verib, düşmənin itkiləri daha da çox olacaq - onlar bizim torpaqlara gəliblər, - Zelenski deyib.
O, Ukraynaya şimaldan, şərqdən və cənubdan hücum edildiyini, havadan hücuma məruz qaldıqlarını deyib və xalqı müdafiənin işlək olduğuna əmin edib.
- Ordu və milli həmrəylik bu gün Ukrayna dövlətçiliyinin əsas sütunudur, - Prezident qeyd edib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bu səhər ölkə əhalisinə yenidən müraciət edib. O, müraciətində Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb. Putin ukraynalı hərbçiləri dərhal silahlarını yerə qoymağa və evlərinə getməyə çağırıb. Onun sözlərinə görə, mövcud şərait Rusiyadan qəti addım tələb edir. Rusiya prezidenti həmçinin xarici ölkələrə müraciətlə söyləyib ki, "Kim kənardan qarışsa, elə cavab verəcəyik ki, belə cavabı tarixinizdə heç vaxt görməmisiniz. Bunun üçün artıq bütün qərarlar qəbul edilib. Biz hadisələrin istənilən inişafına hazırıq. Ümid edirəm ki, məni eşitdiniz!". Bundan başqa Krımdan və Belarusdan Ukrayna ərazisinə rus desantları, hərbi texnikalarının daxil olmasına dair görünütülər yayılıb.
Tural Tağıyev
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


