Türkiyə və Ermənistan xüsusi nümayəndələri görüşüb

   Türkiyə və Ermənistan xüsusi nümayəndələri görüşüb
  24 Fevral 2022    Oxunub:1023
Avstriyanın paytaxtı Vyana şəhərində Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Serdar Kılıçla Ruben Rubinyan arasında görüş keçirilib.
AzVision.az xəbər verir ki, tərəflər danışıqlarda yekun məqsədin Moskvada ilk görüşdə razılaşdırıldığı kimi, Türkiyə ilə Ermənistan arasında məsələlərin yekun nizamlanması olduğunu təsdiqləyiblər. Qeyd olunub ki, proses ilkin şərtlərsiz həyata keçiriləcək.

Xatırladaq ki, Azərbaycan torpaqlarının işğalına etiraz olaraq Türkiyə 1993-cü ildən Ermənistanla sərhədlərini bağlayıb və bu ölkə ilə bütün əlaqələrini kəsib. İkinci Qarabağ müharibəsindən sonra rəsmi Ankara və İrəvan arasında münasibətlərin normallaşması istiqamətində addımlar atılıb.

Türkiyə Serdar Kılıçı, Ermənistan isə Ruben Rubenyanı münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə təyin edib. Onların ilk görüşü yanvarın 14-də Rusiyanın paytaxtı Moskvada keçirilib.

AzVision.az



Teqlər: Türkiyə   Ermənistan  





Xəbər lenti