Türkiyə və Ermənistan xüsusi nümayəndələri ikinci dəfə görüşüblər

 Türkiyə və Ermənistan xüsusi nümayəndələri ikinci dəfə görüşüblər
  24 Fevral 2022    Oxunub:1933
Cümə axşamı Vyanada Ermənistanla Türkiyənin xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıçın ikinci görüşü baş tutub.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, tərəflər iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində konkret addımları müzakirə ediblər.

Diplomatlar təsdiqləyiblər ki, danışıqların yekun məqsədi iki ölkə arasında münasibətlərin tam normallaşdırılmasıdır və onlar bununla bağlı yanvarın 14-də Moskvada ilk görüşdə razılığa gəliblər.

AzVision.az



Teqlər:



Xəbər lenti