Aİ bütün ukraynalı qaçqınları qəbul etməyə hazırdır

Aİ bütün ukraynalı qaçqınları qəbul etməyə hazırdır
  24 Fevral 2022    Oxunub:1171
"Avropa İttifaqı Ukraynadan qeyri-məhdud sayda qaçqın qəbul etməyə və istənilən humanitar yardım göstərməyə hazırdır".
AzVision.az NV-yə istinadən xəbər verir ki, bunu bu gün Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib.

"Biz həmçinin bütün qaçqınlara sığınacaq verməyə, Ukraynaya 1 milyard avrodan çox məbləğdə makromaliyyə yardımından əlavə, lazım olan bütün humanitar yardımları dərhal göstərməyə hazırıq. Nə qədər qaçqın olduğunu bilmirik. Qaçqınlar olacaq, amma biz onları qəbul etməyə tam hazırıq”, - deyə o bildirib.

AzVision.az






Teqlər:



Xəbər lenti