"Ukraynalıların qanı sizin əlinizdə olacaq"

   "Ukraynalıların qanı sizin əlinizdə olacaq"
  24 Fevral 2022    Oxunub:1304
Ukrayna prezidenti Vladimir Zelenski və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba dünya ictimaiyyətini Rusiyanı SWIFT beynəlxalq ödəniş sistemindən ayırmağa çağırıb.
Bu barədə dövlət başçısı və nazir “Twitter” mikrobloqunda məlumat yayıb.

"Aİ-dən Rusiya Federasiyasına qarşı əlavə sərt sanksiyalar paketi artıq yoldadır. Mən bütün detalları Fransa prezidenti Emmanuel Makronla müzakirə etmişəm. Biz Rusiyanın SWIFT-dən ayrılmasını, Ukrayna üzərində uçuşa qadağan zonanın tətbiqini və s. tələb edirik. Təcavüzkarı dayandırmaq üçün təsirli addımlar atmaq lazımdır”, - Zelenski vurğulayıb.

"Mən bu mövzuda diplomatik olmayacağam. İndi Rusiyanın SWIFT ilə əlaqəsinin kəsilməsinə şübhə edən hər kəs başa düşməlidir ki, günahsız ukraynalı kişi, qadın və uşaqların qanı onların əllərində olacaq. Rusiyanı SWIFT-dən ayırın!", - Kuleba vurğulayıb.

Şahanə Rəhimli

AzVision.az


Teqlər:



Xəbər lenti