Ruslar Çernobıl AES-ə nəzarəti ələ keçirdilər

      Ruslar Çernobıl AES-ə nəzarəti ələ keçirdilər
  24 Fevral 2022    Oxunub:1938
Rusiya hərbçiləri Çernobıl Atom Elektrik Stansiyasının ərazisinə nəzarəti ələ keçirib. AzVision.az xəbər verir ki, məlumatı Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak da təsdiqləyib. Onun sözlərinə görə, hazırda stansiya təhlükədədir, təxribat riski var.
“Şiddətli döyüşdən sonra Çernobıl sahəsinə nəzarətimiz itirildi, keçmiş Çernobıl AES-in obyektlərinin, anbarların və nüvə tullantılarının saxlanmasının vəziyyəti məlum deyil.

Rusların bu istiqamətdə tamamilə mənasız hücumundan sonra Çernobıl AES-in təhlükəsiz olduğunu söyləmək mümkün deyil.

Bu, hazırda Avropa üçün ən ciddi təhlükələrdən biridir. Ruslar yəqin ki, artıq Çernobıl AES-də təxribat xarakterli şeylər hazırlayırlar".

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti