"Qarabağ" "Marsel"ə məğlub oldu - YENİLƏNİB

 "Qarabağ" "Marsel"ə məğlub oldu -  YENİLƏNİB
  24 Fevral 2022    Oxunub:4454
Bu gün Konfrans Liqasında 1/16 final mərhələsinin cavab oyunları keçirilir.
AzVision.azxəbər verir ki, təmsilçimiz "Qarabağ" da növbəti oyununa çıxıb.

Qurban Qurbanovun komandası Bakıda Fransa "Marsel"ini qəbul edib. Ötən həftə Fransada rəqibinə 1:3 hesabı ilə uduzan Ağdam klubu bu dəfə 0:3 hesabı ilə məğlub olub.

Bununla da avrokuboklarda qrup mərhələsindən çıxan ilk Azərbaycan klubu kimi tarix yazan "Qarabağ" Konfrans Liqasında mübarizəni dayandırıb.

24 fevral

Konfrans Liqası

1/16 finalın cavab oyunu

21:45. “Qarabağ” (Azərbaycan) – “Marsel” (Fransa) - 0:3


Qol: Qeye, 12, Genduzi, 77, Delafonte, 90+2
Baş hakim: Bartoş Frankovski (Polşa)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun – 1:3

AzVision.az


Teqlər: Qarabağ  



Xəbər lenti