Britaniya 5 rusiyalını “qara sıyahı”ya saldı

   Britaniya 5 rusiyalını “qara sıyahı”ya saldı
  24 Fevral 2022    Oxunub:1260
Britaniya hakimiyyəti Rusiyanın Ukrayna ərazisinə hərbi müdaxilə etdiyinə görə beş rusiyalıya qarşı şəxsi sanksiyalar tətbiq edib.
AzVision.az xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin yenilənmiş sanksiyalar siyahısında deyilir.

Böyük Britaniyaya girişin qadağan edilməsi və bank hesablarının dondurulmasını nəzərdə tutan məhdudlaşdırıcı tədbirlər Rusiyanın Federal Təhlükəsizlik Bürosunun direktoru Aleksandr Bortnikovun oğlu - VTB-nin prezidentinin müavini, İdarə Heyətinin sədri Denis Bortnikov, “Promsvyazbank”ın sədri Pyotr Fradkov, “Sibur”un İdarə Heyətinin üzvü Kirill Şamalov, Birləşmiş Aviasiya Korporasiyasının baş direktoru Yuri Slyusar və “Novikombank”ın İdarə Heyətinin sədri Yelena Qeorqiyevaya qarşı tətbiq edilib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Britaniya   Rusiya  





Xəbər lenti