Daha bir ölkə Rusiyaya qarşı sanksiyalar tətbiq edib

 Daha bir ölkə Rusiyaya qarşı sanksiyalar tətbiq edib
  24 Fevral 2022    Oxunub:1642
Kanada Ukraynadakı vəziyyətə görə Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edib.
AzVision.az xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Castin Trüdo bildirib. Tətbiq edilən sanksiyalar Rusiya Federasiyası Təhlükəsizlik Şurasının üzvləri, o cümlədən müdafiə, maliyyə və ədliyyə nazirlərinə aiddir.

Bu sanksiyalar 58 fiziki və hüquqi şəxsə, o cümlədən Rusiya elitasının nümayəndələri və onların ailə üzvlərinə qarşı yönəlib. Baş nazirin rəsmi saytında dərc olunan məlumata əsasən, sanksiyalar Ukraynadakı qondarma respublikaların tanınmasının lehinə səs verən Rusiya Dövlət Dumasının deputatlarına, Rusiyanın suveren borcu ilə birbaşa və ya dolayı əməliyyatların aparılmasına, Rusiyanın iki nəhəng maliyyə müəssisəsinə şamil ediləcək.

AzVision.az


Teqlər: Rusiya   Kanada  



Xəbər lenti