Putin İran prezidenti ilə danışıb: Gündəm Ukrayna

   Putin İran prezidenti ilə danışıb:    Gündəm Ukrayna
  24 Fevral 2022    Oxunub:1689
Rusiya prezidenti Vladimir Putin İran tərəfinin təşəbbüsü ilə İran prezidenti Seyid İbrahim Rəisi ilə telefon danışığı aparıb.
AzVision.az xəbər verir ki, Vladimir Putin iranlı həmkarına Ukrayna ətrafında vəziyyətin inkişafı barədə məlumat verib. İran prezidenti öz növbəsində ABŞ və NATO-nun sabitliyi pozan hərəkətləri ilə bağlı Rusiyanın təhlükəsizlik narahatlıqlarını başa düşdüyünü bildirib.
İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) qorunub saxlanılması və tam həyata keçirilməsi üçün diplomatik səylərlə bağlı məsələlərə baxılıb. Qeyd olunub ki, JCPOA üzrə yekun razılaşmanın əldə olunması regional sabitliyin və təhlükəsizliyin qorunmasına töhfə verəcək.

Yanvarın 19-da Moskvada keçirilən Rusiya-İran sammitinin yekunları nəzərə alınaraq, müxtəlif sahələrdə əməkdaşlığın daha da gücləndirilməsi niyyəti təsdiqlənib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Rusiya   İran  



Xəbər lenti