Hollandiya Kiyevə 200 "Stinger" zenit-raket kompleksi göndərir

 Hollandiya Kiyevə  200 "Stinger"  zenit-raket kompleksi göndərir
  26 Fevral 2022    Oxunub:2601
Hollandiya qısa müddətdə Ukraynaya 200 “Stinger” zenit-raket kompleksi göndərəcək.AzVision.az xəbər verir ki, bu barədə xarici KİV Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, bu qərar Kiyevin Hollandiyaya hərbi yardımla bağlı müraciətinə cavab olaraq verilib.

Mer əhalini küçə döyüşlərinə hazırlaşmağa çağırdı- VİDEO
"Stinger" amerikanın insanların rahat şəkildə daşıya biləcəyi və alçaqdan uçan hava hədəflərini məhv etmək üçün nəzərdə tutulmuş zenit-raket sistemidir. Raket infraqırmızı nişanalmaya malikdir və 0,5-5 kilometr məsafədə təyyarə və helikopterlərə qarşı istifadə oluna bilər.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bir neçə gün öncə ölkə əhalisinə müraciət edərək Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb. Putin ukraynalı hərbçiləri dərhal silahlarını yerə qoymağa və evlərinə getməyə çağırıb. Onun sözlərinə görə, mövcud şərait Rusiyadan qəti addım tələb edir. Rusiya prezidenti həmçinin xarici ölkələrə müraciətlə söyləyib ki, "Kim kənardan qarışsa, elə cavab verəcəyik ki, belə cavabı tarixinizdə heç vaxt görməmisiniz. Bunun üçün artıq bütün qərarlar qəbul edilib. Biz hadisələrin istənilən inkişafına hazırıq. Ümid edirəm ki, məni eşitdiniz!".

Donbasla bağlı qərar verilməsinə baxmayaraq rus hərbçiləri bir sıra Ukrayna ərazilərinə daxil olub. Artıq bir neçə gündür ki, Ukraynanın əksər bölgələrində ağır döyüşlər gedir. Kiyev ətrafında hərbi əməliyyatların aparılmasına dair görüntülər yayılsa da, ölkə rəhbərliyi paytaxta tam gücüylə nəzarət etdiklərini, diversantların qarşısını aldıqlarını bəyan edirlər.


Tural Tağıyev
AzVision.az


Teqlər:   Ukrayna   Hollandiya   Rusiya  



Xəbər lenti