ABŞ Rusiyanın maliyyə sistemini çökdürəcək

   ABŞ Rusiyanın maliyyə sistemini çökdürəcək
  24 Fevral 2022    Oxunub:1917
ABŞ hakimiyyəti Rusiya Federasiyasına qarşı yeni sərt sanksiyalar, eləcə də ölkəyə ixraca məhdudiyyətlər tətbiq edir.
AzVision.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden deyib.

"Bu gün mən əlavə sərt sanksiyalara və Rusiyaya ixrac oluna biləcək mallara yeni məhdudiyyətlərə icazə verirəm. Bu, Rusiya iqtisadiyyatı üçün həm dərhal, həm də zamanla ciddi xərclərə səbəb olacaq. Biz bu sanksiyaları xüsusi olaraq Rusiyaya uzunmüddətli təsiri maksimuma çatdırmaq , ABŞ və müttəfiqlərimizə təsirini minimuma endirmək üçün nəzərdə tutmuşuq” , - Bayden deyib.

ABŞ və müttəfiqləri Rusiyanın sabit valyutada əməliyyat imkanlarını məhdudlaşdıracaq:
"Mən bu gün G7-nin tərəfdaşları ilə danışdım. Biz Rusiyanın dollar, avro, funt-sterlinq və yen ilə biznes aparmaq, qlobal iqtisadiyyatın bir hissəsi olmaq imkanlarını məhdudlaşdıracağıq. Biz Rusiya silahlı qüvvələrinin maliyyələşdirilməsi və inkişafı imkanlarını dayandıracağıq", - o deyib.

ABŞ VTB və bir sıra digər iri Rusiya banklarına qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edir, onların Amerikadakı aktivləri dondurulacaq: “Biz daha bir neçə iri bankı bloklayırıq. Bu o deməkdir ki, onların ABŞ-dakı aktivləri dondurulacaq. Onların içərisində Rusiyanın ikinci ən böyük bankı olan VTB-də var”.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: ABŞ   Rusiya  



Xəbər lenti