G7 liderləri Rusiyanı qan tökülməsini dayandırmağa çağırıblar

G7 liderləri Rusiyanı qan tökülməsini dayandırmağa çağırıblar
  25 Fevral 2022    Oxunub:1325
G7 ölkələri (Almaniya, Böyük Britaniya, ABŞ, Kanada, Fransa, İtaliya və Yaponiya) liderləri Rusiya Federasiyasını Ukraynada axan qanı dayandırmağa və qoşunlarını dərhal Ukrayna ərazisindən çıxarmağa çağırıblar.
“Ağ qartal” ovu: Ukrayna-Polşa böhranının səbəbi nədir?
Bu barədə Almaniyanın G7 nümayəndəliyinin saytında dərc edilmiş bəyanatda deyilir: “Biz Rusiya Federasiyasını qan tökülməsini dayandırmağa, gərginliyi dərhal aradan qaldırmağa və öz qüvvələrini Ukraynadan çıxarmağa çağırırıq”.

G7 liderləri Rusiya Federasiyasını həmçinin Xüsusi Monitorinq Missiyasının təhlükəsizliyini təmin etməyə çağırırlar.

"Biz Ukraynaya qarşı bu təcavüzdə Belarusun iştirakını da pisləyirik və Belarusu götürdüyü beynəlxalq öhdəliklərə əməl etməyə çağırırıq", - bəyanatda deyilir.

G7 ölkələrinin dövlət və hökumət başçıları Rusiyanın Ukraynaya təcavüzündə Belarusun iştirakını da pisləyirlər.

N.Quliyev
AzVision.az


Teqlər: Ukrayna  



Xəbər lenti