Putinlə Makron arasında telefon danışığı olub

   Putinlə Makron arasında telefon danışığı olub
  25 Fevral 2022    Oxunub:1882
Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla telefonla danışıb. Liderlər telefon danışığı zamanı Ukraynadakı hadisələrlə bağlı “ciddi və açıq” fikir mübadiləsi aparıblar. Putin vəziyyətlə bağlı Makrona hərtərəfli izahat verib.
AzVision.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb. Rusiya liderinin xüsusi hərbi əməliyyat keçirmək qərarının səbəb və şəraiti ilə bağlı hərtərəfli izahat verdiyi vurğulanıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti