Zelenski səfərbərlik elan etdi

      Zelenski səfərbərlik elan etdi
  25 Fevral 2022    Oxunub:1738
Ukrayna Prezidenti Volodimir Zelenski ümumi səfərbərlik haqqında fərman imzalayıb.

AzVision.az “Unian”a istinadən xəbər verir ki, fərman Rusiya Federasiyasının Ukraynaya hərbi təcavüzü ilə əlaqədar və dövlətin müdafiəsini təmin etmək, döyüş və səfərbərlik hazırlığını saxlamaq məqsədilə verilib.
Səfərbərlik fərman qüvvəyə mindiyi gündən 90 gün müddətində həyata keçirilir.

Ukrayna Təhlükəsizlik Xidməti ümumi səfərbərliyin həyata keçirilməsi zamanı əks-kəşfiyyat dəstəyi tədbirlərini həyata keçirəcək.

AzVision.az


Teqlər:



Xəbər lenti