Rusiya bir gündə 400-ə yaxın hərbçi itirdi

   Rusiya bir gündə 400-ə yaxın hərbçi itirdi
  25 Fevral 2022    Oxunub:1110
Müharibənin birinci günündə Rusiya qoşunlarının itkisi təxminən 400 nəfər təşkil edib.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib.

Onun sözlərinə görə, Birgə Qüvvələr Əməliyyatı zonasında Rusiyanın 7 təyyarəsi, bir neçə helikopteri vurulub. Onlarla hərbçi əsir götürülüb: “Rusiya ordusunun tərkibinə daxil olan 1-ci və 2-ci ordu korpuslarınin təxminən 50-60 min şəxsi heyəti iştirak edir. Lakin bu o demək deyil ki, onlar bizim mövqelərimizə birbaşa basqın edirlər. Bunlar ikinci və ya üçüncü eşelonlardır və s. Orada bizim on minlərlə əsgərimiz var".

Daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiyanın hücumu nəticəsində Ukraynanın 137 hərbçisi həlak olub. Onun sözlərinə görə, hərbi əməliyyatlar zamanı daha 316 hərbçi yaralanıb.

AzVision.az


Teqlər: Ukrayna  



Xəbər lenti