Zelenski : “NATO-da hamı bizə dəstək verməkdən qorxur"

      Zelenski   : “NATO-da hamı bizə dəstək verməkdən qorxur"
  25 Fevral 2022    Oxunub:1111
Mən Ukraynaya xüsusi yardım edən hər bir dövlətə minnətdaram. Yalnız sözlərlə deyil. Amma ikinci bir şey də var - dövlətimizin müdafiəsində tək qalmışıq. Kim bizimlə döyüşməyə hazırdır? Mən bunları görmürəm. Ukraynaya NATO-ya daxil olmaq üçün kim zəmanət verməyə hazırdır? Hamı qorxur”.
AzVision.az xəbər verir ki, bunları Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində deyib.

“Mən Avropanın iyirmi yeddi dövlətinin liderindən Ukraynanın NATO-da olub-olmadığını soruşdum. Birbaşa soruşdum. Onların hamısı qorxur. Amma biz qorxmuruq. Bəs biz hansı təhlükəsizlik zəmanətlərinə malik olacağıq? Onu hansı ölkələr verəcək?”, - Zelenski deyib.

AzVision.az


Teqlər: NATO  



Xəbər lenti