Ukraynanın bütün limanları və səması bağlıdır

 Ukraynanın bütün limanları və səması bağlıdır
  25 Fevral 2022    Oxunub:2115
Ukraynanın əsas yolları və magistralları normal işləyir, bütün Ukrayna limanları və ölkə üzərindəki səma bağlıdır.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak bildirib.

“Əsas yollar, magistrallar normal işləyir.Təbii ki, onlarda bu və ya digər istiqamətdə müəyyən tıxaclar var. Limanlara gəlincə, bütün limanlar bağlıdır. Hava hərəkətinə gəlincə, səma bağlıdır, “Ukrzaliznitsa”ya (dəmir yolu – red.) gəlincə, əksər reyslər cədvəl üzrə həyata keçirilir”, - Podolyak brifinqdə deyib.


AzVision.az


Teqlər:



Xəbər lenti