Nazarbayeva istefa verdi

   Nazarbayeva    istefa verdi
  25 Fevral 2022    Oxunub:1460
Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayeva deputatlıqan istefa verib.
AzVision.az xəbər verir ki, o, istefası barədə məlumatı yazılı müraciətində qeyd edib.

“Bu gün parlament məclisinin deputatı səlahiyyətlərimdən imtina etmək və fikrimi tam olaraq ictimai, humanitar, mədəni və xeyriyyə fəaliyyətləri üzərində cəmləşdirməyə qərar verdim”, - deyə müraciətdə qeyd olunub.

Qeyd edək ki, 58 yaşlı Dariqa Nazarbayeva Nursultan Nazarbayevin böyük qızıdır. O, 2004-cü ildən Milli Məclisin III və V çağırış deputatıdır. 2016-cı ildən 2020-ci ilə qədər parlament senatının millət vəkili olub. 2021-ci ilin yanvarından isə VII çağırış deputatı olub.

AzVision.az



Teqlər: Qazaxıstan  



Xəbər lenti